Kateqoriyasız

Ruslar “Qarabağ”la oynamaqdan imtina etdi

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək “Qarabağ”ın keçirəcəyi yoxlama görüşlərindəki rəqibi dəyişib.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyunun 28-də Rusiyanın “Rostov” klubu ilə qarşılaşmalı idi.

Lakin oyun planında dəyişiklik edildiyi üçün “Qarabağ” iyunun 28-də 4 qat Rusiya çempionu “Zenit”lə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəqibi yerli “Vakker” klubu olacaq. Sözügedən qarşılaşma iyunun 25-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43