İdman

Rüstəm Orucovla Elmar Qasımov dünya reytinqinin ilk pilləsində

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.


Yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından ikisi mövqeyini yaxşılaşdırıb. Uşanqi Kokauri (100 kq-dan yuxarı) 2 rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci pilləni 7-yə dəyişib.

Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Onların hər ikisi öz çəki dərəcələrində birincidir. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.


Cüdoçumuz Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43