Ölkə futbolu

Rza Çalımbay “İnter”ə məğlubiyyəti şərh etdi

“İnter”lə oyunda daha çox gənclər komandamızdan götürdüyümüz futbolçulara şans verdik. Onlar da əllərindən gələni etdilər”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kasımpaşa” klubunun baş məşqçisi Rza Çalımbay deyib.

Boluda Bakının “İnter” klubu ilə yoxlama görüşü keçirən “Kasımpaşa” meydanı məğlubiyyətlə tərk edib – 1:2.

 

Qarşılaşmadan sonra Türkiyə mətbuatına matçla bağlı açıqlama verən Çalımbay nəticədən narazı qaldığını gizlətməyib: “Çox razı qaldığımız görüş olmadı, amma bu uşaqları da yoxlamalıydıq. Adından məlum olduğu kimi, hazırlıq oyunu idi. Bir daha göründü ki, heyətimiz eniş deyil. Tez bir zamanda oyunçu transfer etməliyik. “İnter”dən sonra “Adanaspor”la yoxlama görüşü keçirəcəyik. Həmin matçda da gənc komandamızdan götürdüyümüz futbolçuları oynadacağıq. Avqustun 2-də isə Vyanaya toplanışa gedəcəyik və bizim üçün orda keçirəcəyimiz matçlar daha önəmlidi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43