Ölkə futbolu

“Səbail” klubunun qış hazırlıq planı müəyyənləşdi

“Səbail” klubunun qış hazırlıq planı müəyyənləşib.

İdmanxeber.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

2024-cü il 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. “Dənizçilər” Antalyada 2 yoxlama oyunu keçirəcəklər.

Baş məşqçi Şahin Diniyev Rumıniya Superliqası təmsilçisi “Universitatya Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) ilə görüşlərdə yetirmələrini sınayacaq.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 17 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43