06 Dekabr 2022
Kateqoriyasız

“Səbail” topdaşıyanlara görə cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Toplantıda Premyer Liqanın XXI turunda baş verənlərlə əlaqəli aşağıdakı qərarlar qəbul edilib.

“Səbail” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimələnib.

“Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qurbana zəng edin, deyin ki, prezident deyir ki, Qara gəlib çatmayana kimi oyunu başlamasınlar”

admin

“Neftçi” əgər Əhmədovu transfer etmək istəsə …

admin

“Neftçi”nin sabiq üzvü klubunu dəyişdi

admin