Ölkə futbolu

“Səbail” və “Zirə” 1/4 finalda – YENİLƏNİB

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edib. Görüş Bakı təmsilçisinin fərqli qələbəsi ilə başa çatıb – 6:0.

Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkib. Matç qəsəbə təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4 finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

20 dekabr 

14:00. “Səbail” – “Şamaxı” – 6:0 

Qollar: Amil Yunanov, 23-pen; Amil Yunanov, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80, Adi Mehremiç, 90+2

Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

“ASCO Arena”

17:00. “Zirə” – “Turan Tovuz” 2:1

Qol: Otto Con, 4 (0:1), Filipe Paxtmann, 82 (1:1), Rüstəm Əhmədzadə, 89 (2:1)

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Zirə İdman Kompleksinin stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43