Kateqoriyasız

“Səbail”in Avroliqadakı rəqibinə lazım olmayan futbolçu “Keşlə”də

“Səbail”in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Universitatya”nın bəyənmədiyi futbolçusu Sezar Meza Kolli karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi sabiq klubu “Keşlə”yə qayıdıb. 27 yaşlı futbolçu paytaxt təmsilçisi ilə yaxın günlərdə müqavilə imzalayacaq.

“Keşlə” bundan başqa sabiq futbolçusu Pərdis Fərcad-Azadı da komandaya qaytarır.

Qeyd edək ki, Pərdis 2016-2018, Meza Kolli isə 2013-2015, 2016 və 2018-ci illərdə “Keşlə”də çıxış edib.

Oxşar xəbərlər

“Səbail”in futbolçusu: “Bütün gücümüzlə oynayacağıq”

admin

“Qarabağ” rekordu təkrarladı

admin

Renat meydana çıxdı, komandası ilk qələbəsini qazandı

admin