Kateqoriyasız

“Səbail”in saxlaya bilmədiyi futbolçu “Sabah”da

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Kubemba ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.

26 yaşlı hücumçu Konqo millisində 3 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” qrup oyunlarını bu stadionda keçirəcək – dəqiqləşdi

admin

Hazarddan Sarriyə dəstək: “Onun məndə əməyi böyükdür”

admin