05 Oktyabr 2022
Kateqoriyasız

“Səbail”in üzvündən hakimə sərt reaksiya: “Kart ver də, ala”

Premyer Liqanın 8-ci turunun hazırda davam edən “Zirə” – “Səbail” matçında maraqlı məqam diqqətdən yayınmayıb.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissənin son dəqiqələrində “Zirə”nin üzvü qonaqların futbolçusuna qarşı sərt oynayıb. Görüşün baş hakimi Orxan Məmmədov meydan sahiblərinin futbolçusuna sarı kart verməyincə “Səbail”in müdafiəçisi Adil Nağıyev “Orxan, kart ver də, ala. Biz etsək vermişdin” – deyə, reaksiya verib.

Qeyd edək ki, ilk hissədən sonra tərəflər qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycan çempionu məşq edərkən zalda vəfat edib – FOTO

admin

Mahir real imkanı qaçırdı, “Dinamo” qrupa vəsiqə qazandı – VİDEO

admin

Hendrik Ekşteyn “Səbail”də – Rəsmi

admin