19 Noyabr 2018
Ölkə futbolu

Sənan Qurbanov: “Səhvlərimizdən dərs çıxartmalıyıq”

Sənan Qurbanov məğlubiyyətdən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının II turunda “Qəbələ” komandası səfərdə “Neftçi”nin qonağı olub. Matçın ardından qonaqların baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. O, komadasının etdiyi səhvlərdən gileylənib.

“Bizim üçün üzücü bir məğlubiyyət oldu. Kobud səhvlərimizdən yararlana bildilər. İkinci hissə çox fərqli oldu. Yetərincə qol imkanlarımız var idi. Öz səhvlərimizdən qollar buraxdıq. Futbolda belə şeylər var.”

Monroz sizcə bu oyuna hazır idi?

Əslində, deməzdim o qədər passiv idi. Ancaq məşqsiz idi.İlərləyən oyunlarda daha da yaxşı olacaq.

Elvinin dəyişilməsi onu cəzalandırdığınız mənasına gəlir?

Xeyr,  taktiki addım idi. Hesabda geri olduğumuz üçün belə qərar verdim

Müdafiəçilərin kobud səhvləri oldu. Buna nə tədbir görəcəksiniz?

Bütün oyunçularımdan yararlanmaq istəyirəm. Bir oyun üzərindən hər şeyi dəyərləndirmək olmaz. Gələcəkdə bunu üzərində işləyib daha yaxşı çıxış edəcəyik. Heyətdəki bütün oyunçularım bu komandaya xidmət edir.

Oxşar xəbərlər

“Xəzər Lənkəran” Portuqaliyadan futbolçu transfer edir? ÖZƏL

admin

Oğuz Çətin “Qəbələ” ilə oyundan sonra nələr dedi? – VİDEO

admin

“Neftçi” ilə oyun öncəsi ciddi itki

admin