Ruben Neves ötən ilin yayında “Vulverhempton”dan “Əl-Hilal”a keçib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Avropa liqaları ilə Səudiyyə Ərəbistanı müqayisə edib:
“S. Ərəbistan iki il ərzində dünyanın ən yaxşı liqalarından biri ola bilər. Bura qoşulan oyunçuların keyfiyyəti əladır, sanki “PlayStation”a bənzəyir.
Neves ötən yay “Barselona”ya keçməyə yaxın olduğunu da bildirib:
“Keçən yay üç Avropa klubuna qoşulmağa yaxın idim, sonra bu baş vermədi”. “Barselona”ya keçməyin bir addımlığındaydım. Çox yaxın idi. Düzünü desəm, “Arsenal”la da eyni idi, çox inkişaf etmişdi, sonra alınmadı”.