Kateqoriyasız

“Səbail” aparıcı futbolçusunu yola gətirə bilmədi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Səbail” aparıcı futbolçusu Yevgeni Koçukla yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, Moldova millisinin yarımmüdafiəçisi ilə danışıqlar uğursuz başa çatıb. Təcrübəli furbolçu yeni müqavilənin şərtləri ilə qane olmayaraq komandadan ayrılıb.

Qeyd edək ki, “Səbail” Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43