Kateqoriyasız

“Səbail” Avroliqa oyununu hansı stadionda keçirəcək?

“Səbail”in Bakıda Rumıniyanın “Krayova” komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

Klubdan verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini “ASCO Arena”da (“Bayıl Arena”) qəbul edəcək. UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Yon Oblemenko stadionunda keçiriləcək (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43