Kateqoriyasız

“Səbail” Bolqarıstana yollanır

Səbail”in yeni mövsüm üçün hazırlıq planı məlum olub.

İdmanxeber.az xəbər verir ki, Bayıl təmsilçisi iyunun 18-də Bolqarıstana yollanacaq. Aftandil Hacıyevin komandası iyulun 2-nə qədər Bansko şəhərində hazırlıq keçəcək. Komandanın toplanış zamanı qarşılaşacağı komandaların adları yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, “Səbail” Azərbaycanı Avropa Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43