Kateqoriyasız

Ağabala da “Səbail”i xilas edə bilmədi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubunun qonağı olub.

Bakıda keçirilən ilk oyunda “Səbail” 2:3 hesabıyla məğlub olmuşdu. Eyni nəticə səfərdə də təkrarlanıb və paytaxt klubu avrokuboklarla elə ilk mərhələdəcə vidalaşıb.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsnin cavab oyunu

20:00 “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) – 3:2
Qollar: 
K. Barbut, 28 (1:0), B.Veteyelu, 53 (2:0), A. Ramazanov, 67 (1:2), D. Duventru, 69 (2:2), Forteş, 90 (3:2)
İlk oyun – 3:2
Baş hakim:
 Helki Mikael Yonasson (İslandiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43