Kateqoriyasız

“Səbail” daha bir legionerini göndərdi

Gələn mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək “Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, müdafiəçi Tome Kitanovski gələn mövsümdən paytaxt təmsilçisində olmayacaq. 27 yaşlı makedoniyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, “Səbail” buna qədər Tamazi Tsetsxaladze, Ruslan Qurbanov, İmanol İriberri və Enrike Moura Perilyo ilə vidalaşıb. Qapıçı Fərhad Vəliyev isə karyerasını bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43