Ölkə futbolu

“Səbail” Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan futbol turnirin qalibi oldu

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan futbol turniri keçirilib.
İdmanxeber.az xəbər verir ki, turnir 2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutub. 
Yarışda ümumilikdə 8 komanda iştirak edib. Final matçına isə “Səbail” və ROFM komandaları vəsiqə qazanıb. 
Həlledici qarşılaşmada rəqibinə 4:3 hesabı ilə qalib gələn “Səbail” turnirin qızıl medallarına sahib çıxıb. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43