21 Sentyabr 2024
Ölkə futbolu

“Səbail” iki transfer daha etdi

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Səbail” daha iki futbolçunu heyətinə qatıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” gənc oyunçular – yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43