21 Sentyabr 2024
Ölkə futbolu

Paytaxt klubu ilk transferini açıqladı, XƏBƏRİMİZ TƏSDİQLƏNDİ

“Səbail” 2024/25 mövsümünün transfer çalışmalarına start verib.

İdmanxeber.az-ın məlumatına görə, komanda heyətini Fərid Nəbiyevlə gücləndirib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Turan Tovuz”da keçirən 24 yaşlı futbolçu karyerası ərzində “Slavia Praqa” (Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) , “Kəpəz” klublarında çıxış edib.

Xatırladaq ki, Nəbiyevin “Səbail”lə anlaşdığı xəbərini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43