16 Sentyabr 2024
Ölkə futbolu

“Səbail” İsraildən futbolçu transfer etdi

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son klubu “Hapoel Akko” (İsrail) olan Gitay Sofirlə 1 illik müqavilə imzalanıb. 24 yaşlı israilli yarımmüdafiəçi “Səbail”də 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Səbail” bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça, Mert Çelik, Gülağa Əsədov, Əlirza Müştəbəzadə və Ayman Bualini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43