Kateqoriyasız

“Səbail” legioneri ilə yolları ayırdı – Rəsmi

“Səbail” futbolçusu Mabidi Çikito Lema ilə yollarını ayırıb.

İdmanxeber.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Konqo Demokratik Respublikasından olan oyunçuya azad agent statusu verilib.

Qeyd edək ki, Mabidi Çikito Lema bu ilin fevralında “Səbail”ə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43