Ölkə futbolu

“Səbail” legioneri ilə yolları ayırdı

“Səbail” futbolçusu Edqar Paçeko ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.

Qarşılıqlı razılıq əsasında meksikalı yarımmüdafiəçinin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, Meksika millisinin sabiq üzvü bu ilin avqust ayında “Səbail”ə cəlb olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43