Ölkə futbolu

“Səbail” Macarıstan klubunu məğlub etdi

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Səbail” bu gün ilk sınaq matçına çıxıb.

Paytaxt təmsilçisi ilk oyunda Macarıstanın “Aqvital” klubu ilə üz-üzə gəlib. Görüş təmsiilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Səbail”in qollarını Kevin Kubemba (44) və Ruslan Qurbanov (68, 90) vurub.

Yoxlama oyunu

16 yanvar

“Səbail” (Azərbaycan) – “Aqvital” (Macarıstan) – 3:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43