Kateqoriyasız

“Səbail” “Monako”nun sabiq futbolçusunu transfer edir – ÖZƏL

Avropa Liqasında mübarizə patracaq “Səbail” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” konqolu Junior Mapukunu heyətinə qatır. Tam adı Junior M`pia Mapuku mərkəz hücumçusudu. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.

Son klubu Rumıniyanın “Dunarea Kalarasi” olan 29 yaşlı forvard peşəkar karyerasına Fransanın “Monako” klubunda başlayıb. O, bu komandanın əvəzedicilərində çıxış edib.

Maraqlısı odur ki, təcrübəli futbolçu “Dunerea Kalarasi”yə Çinin “Şiyazuanq Ever Brayt” klubundan keçib. Mapuku Çin klubunda heç debüt edə bilməyibş. Daha sonra Rumıniya klubuna keçən futbolçu burada cəmi 4 matçda meydanda olub və qol hesabını aça bilməyib.

Ümumilikdəisə 2018-ci ildən bu yana 29 yaşlı forvard cəmi 4 dəfə rəsmi matçlarda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43