Kateqoriyasız

“Səbail” onu göndərdiyini rəsmən açıqladı

“Səbail” yarımmüdafiəçisi Vüqar Bəybalayevlə yollarını ayırıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə klub arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunduğu diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.

2018-ci ildən “Səbail”in uğurları üçün çalışırdı. O, “dənizçilər”in heyətində keçirdiyi 3 mövsümdə 37 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüqar karyerasını Gürcüstanda davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43