Kateqoriyasız

“Səbail” “Qəbələ” ilə qarşılaşacaq

“Səbail” millimizin Millətlər Liqasında oyunları əlaqədər Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.

Bakı klubu avqustun 30-da “Qəbələ” ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ölkə çempionatının ilk turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. “Qəbələ” isə evdə “Zirə” ilə heç-heçə edib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43