29 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” Azərbaycan Kubokunun finalında- YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olub.

İlk oyunda Qəbələdə rəqibini 3:2 məğlub edən “qırmızı-qaralar” səfərdə də “Səbail”dən üstün olub -1:0.

Bu nəticənin ardından “Qəbələ” ölkə kubokunun finalında “Neftçi”yə rəqib olub.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
27 aprel

20:00. “Səbail” – “Qəbələ” 0:1

Qol: İsnik Alimi, 49-pen.

Qırmızı vərəqələr: Vüqar Həsənov, 57, Qustavo Fransa, 90+2, Adil Nağıyev, 90+4  (hər üçü “Səbail”)

İlk oyun – 2:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43