Ölkə futbolu

“Səbail” “Turan Tovuz”u məğlub etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XII tura start verilib 

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edib.

3 qolun qeydə alındığî oyunda paytaxt klubu qələbə qazanan tərəf olub – 2:1.

Azərbaycan Premyer Liqası

“Zəfər turu”

3 noyabr

19:00 Səbail – Turan Tovuz 2:1
Qol: Oto Con, 26, Aleksandr Ramalinqom, 77(pen) –  Rüfət Abdullazadə, 47

Baş hakim: Kamranbəy Rəhimov
“ASCO Arena”

Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43