Kateqoriyasız

“Səbail”də daha 4 yeni müqavilə

Səbail”də daha bir neçə futbolçunun taleyinə aydınlıq gəlib.

İdmanxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Rahid Əmirquliyevdən sonra daha 4 oyunçu ilə yeni müqavilə imzalanıb.

Bunlar qapıçı Aleksandr Rıbka, müdafiəçi Şəhriyar Rəhimov, yarımmüdafiəçi Vüqar Bəybalayev və hücumçu Ağabala Ramazanovdu. Rəhbərlik Bəybalayevlə 1, digər 3 futbolçu ilə 2 illik yeni saziş imzalayıb.

Qeyd edək ki, “Səbail” növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43