Kateqoriyasız

“Səbail”də növbəti ayrılıq

“Səbail”də növbəti ayrılıq gerçəkləşib.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi Məhəmməd Mirzəbəyovun müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edib.

31 yaşlı sağ cinah müdafiəçisi 2021–ci ilin yayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”in heyətində meydana çıxdığı 23 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43