Ölkə futbolu

“Səbail”də qarışıqlıq: Maaşının artırılmasını istədi, Antalyaya aparılmadı

Mövsümün ikinci yarısına hazırlaşan “Səbail”in Antalyaya üz tutduğu haqda məlumat vermişdik.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu Türkiyəyə yollansa da, futbolçusu Vüqar Bəybalayevi aparmayıb. Buna səbəb futbolçunun komandadakı maaaşının artırılmasını tələb etməsidi. Nəticədə yarımmüdafiəçinin bu istəyi klubun qıcıqlanmasına səbəb olub. Bu səbəbdən də Bəybalayev Antalyaya aparılmayıb. Ona bildirilib ki, pul yalnız yeni hücumçu alınması üçün ayrılıb.

“Keşlə”nin də istəyib sonradan imtina etdiyi Bəybalayev “Səbail”in əvəzedici komandası ilə Bakıda məşq edir.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43