Kateqoriyasız

“Səbail”dən “Qarabağ”a göndərmə – FOTO

“Səbail”dən maraqlı paylaşım.

Topaz Premyer Liqasının 8- ci turunda “Qarabağ”ın qonağı olan “Səbail” komandası qarşılaşmadan 1:0 hesabı ilə məğlub ayrılsa da, 3 xalı aktivinə yazdıracaq. Buna səbəb Ağdam təmsilçisinin protokolda adı olmayan Abbas Hüseynovu oynatması olub. Matçın ardından paytaxt təmsilçisi rəqibinə göndərmə edərək sosial şəbəkə hesabından  sözügedən oyundan fotolar yerləşdirərək “Qarabağ”la yoldaşlıq oyunundan” paylaşımını edib.

Daha sonra klub etdiyi paylaşımda düzəliş edərək, “Qarabağ”la oyundan” edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43