Premyer Liqa

“Səbail”dən yeni transfer

“Səbail” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az klubun satına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azarbaycan U-18 millisinin üzvü Amin Karaevi transfer edib. 17 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Amin Karaevin son komandası Tbilisi “Dinamo”su olub. Gənc futbolçu daha əvvəl Gürcüstan U-17 komandasında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43