Kateqoriyasız

“Səbail”in avrokubok oyunu 1 manata

“Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya Krayova” ilə ilk oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın xəbərinə görə, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, oyunun biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1-3 manat təşkil edir.

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatya Krayova” matçı yerli vaxtla 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43