Kateqoriyasız

“Səbail”in bütün rəqibləri müəyyənləşdi

“Səbail”in təlim-məşq toplanışı ilə bağlı hazırlıq proqramı müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 18-dən iyulun 2-dək Bolqarıstanın Bransko şəhərində hazırlıq keçəcək paytaxt təmsilçisi 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) komandaları olacaq.

Oyunların təqvimi

21 iyun
“Səbail” – “Lokomotiv”

25 iyun
“Səbail” – “Beroe”

28 iyun
“Səbail” – “Clinceni”

1 iyul
“Səbail” – “Makedoniya”

Qeyd edək ki, oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43