Ölkə futbolu

“Səbail”in futbolçusuna sərt cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan başqa, oyunun birinci hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43