Ölkə futbolu

“Səbail”in kapitanı meydanlara dönür

Uzun meddətdir zədə səbəbindən meydanlardan uzaq qalan Eltun Yaqublunun zədəsi sağalıb

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, Eltun Yaqublu bu tur I Divizionun XXVI turunda keçiriləcək “Səbail 2” – “Kəpəz” qarşılaşmasında forma geyinə bilcəcək. Oyunçunun zədəsi tam sağalsa da, baş məşqçi ehtiyat baxımından futbolçunun 25-30 dəqiqə oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, Eltun Yaqublunun adı son turlarda Premyer Liqa oyunlarının iştirak ərzəsinə salınsa da, Aftandil Hacıyev onu meydana buraxmırdı.

“Səbail 2” – “Kəpəz” matçı aprelin aprelin 26-sı saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43