Ölkə futbolu

“Səbail”in yeni transferi milliyə çağırıldı

Bir neçə gün öncə “Səbail”lə 1 illik müqavilə bağlayan Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

İdmanxeber.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Aleksandr Spiridon UEFA Millətlər Liqasının Lüksemburq və Belarusla oyunları üçün 25 yaşlı yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib. Koçukla yanaşı, “Zirə”nin hücumçusu Aleksandr Dedov da düşərgəyə çağırılan futbolçular arasındadır.

Qeyd edək ki, Moldova sentyabrın 8-də səfərdə Luksemburq, 3 gün sonra isə evdə Belarusla üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43