Kateqoriyasız

Səfərdə 20-ci məğlubiyyət

“Səbail” Azərbaycan Premyer Liqasında 20-ci səfər məğlubiyyətini alıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, I turun “Neftçi” ilə oyununa təsadüf edib. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda rəqib meydanında 1:2 hesabı ilə uduzub. Bu, komandanın 39-cu səfər görüşündə qeydə alınıb. Bakılılar indiyədək rəqib meydanlarında 12 qələbə qazanıb və 7 dəfə heç-heçə edib. 2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 4-cü dəfə yarışa qatılıb.

Qeyd edək ki, “Səbail” ölkə çempionatları tarixində səfərdə 20 və daha çox oyunda uduzan 39-cu komandadır. Antirekord isə 139 dəfə məğlub olan “Turan”a məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43