Kateqoriyasız

Səfərdə qol buraxmayan yeganə komanda

“Keşlə” Azərbaycan Premyer Liqasının 1-ci dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bütün qolları evdə buraxan paytaxt klubu 7-ci turun “Sumqayıt”la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb. Tərlan Əhmədovun komandası mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı.

“Keşlə” rəqib meydanında sonuncu dəfə ötən mövsümün sonunda – mayın 11-də keçirilən “Səbail”lə qarşılaşmada qol buraxıb. 4:1 hesabı ilə qalib gələn qonaqları 54-cü dəqiqədə Oke Akpoveta məyus edib. Həmin qoldan sonra “Keşlə” 396 dəqiqədir səfərdə qapısını toxunulmaz saxlayır.

“Keşlə”nin tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda “Turan” (3:0), “Xəzər Lənkəran” (0:0) və “Qəbələ”dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə “Kəpəz”lə görüşdə qırılıb – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43