Kateqoriyasız

Şəhid ailələrinin üzvləri Portuqaliya ilə oyunda – Fotolar

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya oyununu (0:3) şəhid ailələrinin üzvləri və övladları canlı izləyib.

İdmanxeber.az-ın məlumatına görə, 20-dən çox uşağın iştirak etdiyi tədbir Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və “Uşaq və yeniyetmələrə dəstək” ictimai birliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə şəhid ailələrinə və övladlarına diqqət və qayğının göstərilməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43