20 Sentyabr 2024
Ölkə futbolu

Şahruddin Türkiyədə növbəti oyununu keçirdi

Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” İstanbul səfərindən 1 xalla ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, Adana təmsilçisi “Başakşəhər”lə qarşılaşıb. Görüş başladığı kimi də bitib. Oyuna start heyətində başlayan millimizin qolkiperi qapısını toxunulmaz saxlamağı bacarıb.

“Mavi şimşəklər” 18 turdan sonra 28 xalla 7-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43