16 Sentyabr 2024
Dünya futbolu

Səksəninci illərin ən yaxşı futbolçusu açıqlandı

Britaniyanın “FourFourTwo” portalı səksəninci illərin 32 ən yaxşı futbolçusunun reytinqini tərtib edib.

İdmanxeber.az-ın məlumatına görə, 1980-1989-cu illərdə dünya futbolunun ən böyük oyunçuları siyahısında  “Spartak”ın və SSRİ millisinin keçmiş qapıçısı Rinat Dasaev yer alıb. O, siyahıda 22-ci pillədə qərarlaşıb.

1988-ci ildə Dasaev dünyanın ən yaxşı qapıçısı mükafatını qazanıb.

Argentinalı Dieqo Maradona səksəninci illərin ən yaxşı futbolçusu kimi tanınıb. “İlk üçlüy”ə fransalı Mişel Platini və niderlandlı Marko van Basten də daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43