Kateqoriyasız

Səmədov “Sabah”dan təklif alınca karyerasını başa vurdu

Azərbaycan əslilli futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçinin özü İnstagram səhifəsində məlumat yayıb. Səmədov karyerası ərzində ona dəstək olan hər bir kəsə təşəkkür edib.

Qeyd edək ki, Rusiya millisinində çıxış etmiş. A.Səmədov karyerası boyunca “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. O, 2000-ci illərin əvvəllərində Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib. Hətta futbolçu bir neçə ay öncə “Sabah”dan da təklif almışdı. Lakin Səmədov “Sabah”da oynamaqdansa karyerasını başa vurmağı məqbul sayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43