Ölkə futbolu

Sənan Qurbanov: “Hakimin bu qərarına çox təəssüflənirəm”

Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Səbail” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə,  39 yaşlı mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Bizim üçün ağır oyun oldu. “Səbail” hazırda yaxşı formadadır, əhval-ruhiyyələri də yüksəkdir. Çətin matç olacağını bilirdik. Çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Bu qarşılaşmada çox vacib qələbə qazandıq. Matçın sonlarında azlıqda qaldığımız vaxt bir az çətinliklə üzləşdik. Hakimlərin bu qərarına çox təəssüflənirəm. Adi mübarizə epizodunda gənc futbolçuya ikinci sarı vərəqə göstərdilər. Ölkəmizdə mərkəz müdafiəçisinin az olduğu vaxtda Bəhlul Mustafazadəni milli komandaya namizəd görürəm. O, artıq formasını bərpa etməkdədir. Həm gənc, həm də təcrübəli hakimlər bir az diqqətli olmalıdır. Daha çox qələbəyə köklənmişdik. Xal itirmək istəmirdik. Buna görə bir az gərginlik var idi. Oyundan razı qaldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43