Kateqoriyasız

Sənan Qurbanov: “İkinci hissədən çox narazıyam”

Sənan Qurbanov “Sabah” görüşünün ardından mətbuat konfransı keçirib:

“Bu oyuna qələbə üçün çıxmışdıq. Üç xal çox vacib idi. Oyunçularıma davamlı pressinq etmələrini tapşırmışdım. İlk hissədə kifayət qədər imkanlar olsa da, istifadə edə bilmədik. İkinci hissədən isə çox narazıyam”.

-İkinci hissədəki zəif çıxışın səbəbi nəidi? Ceymsin oyununda açıq-aşkar irəliləyiş var. Bunun necə dəyərləndirirsiniz?

-İkinci hissə çox zəif idik. Prsessinq tətbiq edən oyunçular biraz daha müdafiəyə çəkildi. Ona görə ola bilər. Ceyms əvvəllər bu qədər yaxşı deyildi. Sonradan məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və özünü sübut etdi.

-Cavid Hüseynov zədəsi olduğuna görə ehtiyatda idi?

-Xeyr, heç bir zədəsi yox idi. “Sabah”la olan ilk oyunu təhlil etdiyimizə görə bu gün belə bir qərar verdik. O, bizim ən dəyərli oyunçumuzdur. Növbəti oyunlarda yenə meydanda olacaq.

-Növbəti həftə “Qarabağ”ı qəbul edirsiniz. Məşqlərə Qəbələdə davam edəcəksiniz, yoxsa Bakıda?

-Bizim əksər oyunçularımız Bakıda yaşayır. Burada qalıb məşq edə bilməyəcəyik.

-Təmkin əvəzləməsində çox narazı idi.

O, çox aqressiv futbolçudur. Əvəzləməyə ehtiyac olduğu üçün bu addımı atdım.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43