Kateqoriyasız

Sənan Qurbanov istefa verdi, rəhbərlik qəbul etdi

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan gedib.

İdmanxeber.az-ın məlumatına görə, əyalət təmsilçisi Azərbaycan Premyer Liqasının üçüncü turunda öz meydanında “Keşlə”yə 0:4 hesabı ilə uduzub.

Maçtdan sonra keçirilən mətbuat konfransında Sənan Qurbanov istefa verdiyini açıqlayıb.

Klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

Qeyd edək ki, ötən mövsümdən “Qəbələ”ni çalışdıran Sənan Qurbanovun rəhbərliyi altında komanda ötən mövsüm ilk titulunu – ölkə kubokunu qazanmışdı.

Cari mövsüm isə Avroliqada Tiflis “Dinamo”suna uduzan “Qırmızı-qaralar” ölkə çempionatına da ardıcıl 3 məğlubiyyətlə start verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43