Ölkə futbolu

Sənan Qurbanov” “Oyunçularım adına çox üzülürəm”

Topaz Premyer Liqasının VI turuna yekun vurulub.

Turun son oyunda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Matçın ardından ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Qələbə üçün meydana çıxmışdıq. Çox ciddi hazırlaşmışdıq. İkinci hissədə tempi bir qədər qaldıra bildik. Oyunçular adına çox pis oluram. Çox yaxşı mübarizə apardılar. Ancaq şanslardan istifadə etməmək bizi çox məyus edir”

-Bu gün bir xal qazandınız yoxsa, iki xal itirdiniz ?

-Biz bu gün iki xal itirdik. Bunu oyuna nəzər yetirsək görərik. Dediyim kimi topu qapıdan keçirtmədiyimiz müddətcə bu uğursuzluqdan çıxa bilməyəcəyik.

-Hər dəfə eyni şeylərdən şikayətlənirsiniz. Bu problemlər nə vaxt bitəcək ?

-Hər oyundan sonra özümüzdə analiz edirik. Hər dəfəsində də irəliyə getdiyimiz görünür. Ancaq o məntiqi sonluğu gətirə bilmirik. Futbolda bəzən belə hallar olur. Ancaq bütün hallarda bu problemlər bitəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43