Ölkə futbolu

Sənan Qurbanov: “Oyunçularla ciddi söhbət edəcəm”

Topaz Premyer Liqasının III turunun startı verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Heç-heçə ilə yekunlaşan matçdan sonra ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov oyun barəsində fikirlərini bölüşüb. O, qələbə qazanmaq istədiklərini bildirib:

“Belə pis oynadığımızı xatırlamıram. “Neftçi” ilə oyunun ikinci hissəsində yaxşı oynamışdıq. Bu gün həmin oyundan heç bir əsər-əlamət yox idi. Keçən turdakı məğlubiyyətin ardından qələbə qazanmaq istəyirdik. Bunu edə bilmədiyimiz üçün çox məyusuq. Oyunun analizini edib, fərdi şəkildə  oyunçularla ciddi söhbət edəcəm”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43