Ölkə futbolu

Sənan Qurbanov: “Rəqib aqressiv və sürətli komanda idi”

“İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq. Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər“.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində “Meppen”ə (Almaniya) 1:2 hesabı ilə uduzduqları matçdan sonra klubun saytına deyib.

O, oyundan razı qaldığını bildirib:

Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Onlar da bu şans yarandı. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43